XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 19:40

İsrail 12 dövlətlə bütün işgüzar münasibətləri dayandırdı –BMT-nin qərarı Təl-Əvivi qəzəblənidirib

netanyahu-3

İsrail 12 dövlətin səfirlikləri ilə bütün işgüzar münasibətləri müvəqqəti məhdudlaşdırır.

Baş nazir Benjamin Netanyahu ölkəsinin xarici işlər nazirliyinə BMT Təhlükəsizlik Şurasının üzvü olan, cümə günü səsə qoyulmuş qətnamənin lehinə səs vermiş ölkələrlə bağlı belə bir tapşırıq verib. Söhbət İordan çayının Qərb Sahilindəki İsrail yaşayış məskənlərinə dair qətnamədən gedir.

Bu barədə CNN-ə danışan iki İsrail rəsmisi bildirib ki, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Yaponiya, Ukrayna, Anqola, Misir, Uruqvay, İspaniya, Seneqal və Yeni Zelandiyanın səfirlikləri ilə işgüzar əlaqələr dayandırılacaq. İsrail rəsmiləri əlavə ediblər ki, Netanyahu bu ölkələrin xarici işlər nazirləri ilə görüşməyəcək və onların səfirləri İsrailin Xarici işlər nazirliyində qəbul edilməyəcəklər.

Bundan əlavə, İsrail nazirlərinin həmin ölkələrə səfərlərinin məhdudlaşdırılacağını deyən rəsmilər vurğulayıblar ki, İsrailin səfirləri bu hökumətlərlə işləməyi davam etdirəcəklər.

PRAKTİK TƏSİR OLMAYACAQ, AMMA…

Bundan öncə sözügedən səsvermə ilə bağlı on səfir Netanyahunun tapşırığı ilə töhmət üçün xarici işlər nazirliyinə çağırılmışdı. Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin qəbulu İsraili çox qəzəbləndirmişdi. Qətnamədə deyilir ki, İsrailin İordan çayının Qərb Sahilində saldığı yaşayış məskənlərinin "qanuni əsası yoxdur. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulması və iki dövlətin sülh və təhlükəsizlik şəraitində yanaşı yaşamasına dair baxışlara ciddi maneədir". Təhlükəsizlik Şurasının üzvü olan Amerika Birləşmiş Ştatları səsvermədə bitərəf qalıb.

Səfirliklərlə əlaqələrin dayandırılması ilə bağlı diplomatik gediş Netanyahunun qətnaməni dəstəkləmiş ölkələrə qəzəbini bildirmək məqsədi daşıyır. Bu addımın İsrailə, yaxud da digər dövlətlərə hər hansı bir praktik təsirinin olması ehtimalı yoxdur. Bu addımın ticarət, təhlükəsizlik, münasibətlərin yaxud digər aspektlərinə də təsir edəcəyi gözlənilmir. Ancaq diplomatik gediş kimi bu vacibdir.

Bu addımın ABŞ-la diplomatik münasibətlərə də heç bir təsiri yoxdur. Ancaq ABŞ da Netanyahunun qəzəbinə tuş gəlib. Netanyahu bazar günü ABŞ səfirini çağıraraq Obama administrasiyasını sərt tənqid edib.

CİDDİ ADDIM

Bazar ertəsi axşamtərəfi isə İsrailin ABŞ-dakı səfiri Ron Dermer CNN kanalına müsahibəsində ölkəsinin diplomatik addımları barədə açıqlama verib.

"İsrail özünə qarşı ədalətsizliyə yol verməyəcək və bunu cavabsız qoymayacaq. Biz ziyarətə gələn rəsmilərlə heç nə olmayıbmış kimi görüşə bilmərik. Bu, İsrailə qarşı ciddi addımdır", – Dermer deyib.

Dermer bildirib ki, cümə günü BMT Təhlükəsizlik Şurasındakı səsvermə İsrail və fələstinlilər arasında “iki dövlət” həll yolu ilə bağlı uzunmüddətli planlara xələl gətirib.

"Bizim danışıqlar masasına çıxardığımız yeganə “kozır” bu ərazi idi. Əgər BMT Təhlükəsizlik Şurası bu ərazinin, əslində, fələstinlilərə məxsus olduğunu deyirsə, – baxmayaraq ki, bu, belə deyil və bu iddianı rədd edirik, – bu, sülhə çatmağımızı xeyli çətinləşdirəcək", – deyə Dermer vurğulayıb.