XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 04:15

ABŞ Astana görüşünü dəstəklədi:"Bütün iştirakçılar bir-biri ilə razılığa gəlməlidir"

mark-toner

ABŞ Astanada Suriya danışıqlarının keçirilməsi təşəbbüsünü və ümumiyyətlə, münaqişənin nizamlanmasına yönəlmiş istənilən səyləri dəstəkləyir. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.  

Bundan əvvəl Türkiyə hökuməti Rəcəb Tayip Ərdoğan Astanada keçiriləcək Suriya danışıqlarına Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətər və Suriyadakı mötədil müxalifətin nümayəndələrinin dəvət oluna biləcəyini istisna etməyib.

Jurnalistlərin ABŞ-ın həmin görüşə dəvət almasına dair  sualına Tonerin cavabı lakonik olub:  “Mən belə düşünmürəm”.    

“ABŞ Suriyadakı münaqişələrlə bağlı daha sıx əməkdaşlıq etməyə hazırdır. Söhbət İŞİD terror qruplaşmasının məhvi, vətəndaş müharibəsi və Hələbdəki dəhşətli döyüşlərdən gedir”, – deyə Toner qeyd edib.  

“Biz həmişə qeyd etmişik ki, Suriyada qərara nail olmaq üçün prosesin bütün iştirakçıları bir biri ilə razılığa gəlməlidirlər”, – deyə Toner qeyd edib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Vaşinqton Türkiyə və Rusiya ilə daim təmas saxlayır.