XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 10:28

Fidel Kastronun adından istifadəqadağan edildi

Kuba parlamenti ictimai yerlərdə inqilab lideri Fidel Kastronun adından və şəklindən istifadəni qadağan edən qanunu təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

Qanun Fidel Kastronun ad və şəklinin meydan, park, küçə, prospekt, istənilən növ mükafat və fəxri titullarda istifadəsini qadağan edir.

Bununla yanaşı, abidələrin tikintisində Fidel Kastro obrazından istifadə etmək qadağandır. Parlamentarilər bu addımın şəxsiyyətə pərəstişin qarşısını almaq üçün atıldığını bildiriblər.