XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2016 - 11:03

Misir Aralıq dənizində təbiiqaz axtaracaq

Misir ilə İtaliyanın “Eni” neft-qaz şirkəti arasında Misirin su sərhədlərində təbii qaz axtarışı üzrə müqavilə imzalanıb.

Azərtac xəbər verir ki, müqaviləyə görə, 2017-ci ilin ilk rübündən etibarən Misir Aralıq dənizindəki su sərhədlərində təbii qaz axtaracaq.

Misirin neft və mineral ehtiyatlar naziri Tarık əl Molla ölkəsinin İtaliyanın “Eni” neft-qaz şirkəti ilə Aralıq dənizindəki su sərhədlərində yerləşən “Zöhr” qaz yatağında kəşfiyyat üzrə müqavilə imzaladığını bildirib.

O, 2015-ci ilin avqustunda kəşf edilən və super-nəhəng qaz yatağı olan “Zöhr”də təxminən 30 trilyon kubfut (təxminən 2,7871 trilyon kubmetr) qaz ehtiyatı olduğunun təxmin edildiyini deyib.

Kəşfiyyat işlərinin 2017-ci ilin ilk rübündə başlayacağını bildirən nazir təbii qazla yanaşı, xam neft də hasil ediləcəyi təqdirdə bölgənin “əsrin quyusu” olacağına qeyd edib.