XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 11:26

Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-ə qarşıəməliyyatları dayandırıb

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb.

Bu barədə Trend-ə ölkənin hərbi mənbələri məlumat verib.

Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Bab şəhərinin İŞİD-çilərdən azad edilməsi üçün əməliyyatların yekun mərhələdə olduğunu bildirmişdi.