XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 13:33

Gürcüstanda 175 məhbus əfv edildi,aralarında Azərbaycan vətəndaşı da var

gurcustan

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 175 məhbusu əfv edib.

Əfv Komissiyasının sədri Zviad Koridze bildirib ki, 122 məhbus azadlığa çıxıb, 53 nəfərin cəzası müddəti azaldılıb.

Onun sözlərinə görə, siyahıda Gürcüstan vətəndaşları olan azərbaycanlılar, habelə Azərbaycan vətəndaşları var. 

Z. Koridze əfv olunanların arasında 14 qadının olduğunu bildirib. O qeyd edib ki, 12 qadın məhbus artıq cəzaçəkmə müəssisəsini tərk edib, daha iki nəfərin cəzası azaldılıb. 

APA