XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 16:42

“Google”da ən çox axtarılan insanların yaşadığı ölkələrinxəritəsi açıqlandı

“Time” nəşri “Google” axtarış sistemində daha çox axtarılan insanların yaşadığı ölkələrin xəritəni təqdim edib. 

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumata görə, bunun üçün son bir ilin məlumatları toplanıb.

Qeyd edilir ki, şəbəkədə daha tələb olunan Donald Trampın şəxsiyyəti olub. “Google”da onun adını dünyanın 88 ölkənin sakinləri axtarıb. Müğənni Səmra Rəhimli Azərbaycandan olan istifadəçilərin daha çox maraqlandığı şəxslərdən biri olub. Britaniyalı müğənni Sianı isə Çexiyada yaşayan istifadəçilər daha çox axtarıb.

Bolqarıstan sakinləri fəal olaraq aktrisa Nina Dobrevin tərcümeyi-halını axtarıblar. Kinodiva Bayan Esentayeva isə Qazaxıstan sakinləri üçün daha maraqlı şəxsiyyət olub. 

Bütün bunlardan savayı, siyahıda tanınmış incəsənət xadimləri və idmançıların da adları mövcuddur. Donald Trampdan başqa heç bir siyasətçinin adı şəbəkə istifadəçiləri üçün olduqca maraqlı olan şəxslərin siyahısına düşə bilməyib.