XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 16:43

Çin hakerləri ABŞ-ın hüquq firmalarından4 milyon dollar oğurlayıb

Nyu Yorkda fəaliyyət göstərən korporativ hüquq üzrə 3 firmanın serverlərinə müdaxilə edən hakerlər 4 milyon dollardan çox pul oğurlayıblar.
 
İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, Çindən olan 3 haker ABŞ-da müxtəlif şirkətlərə biznes sövdələşmələri sahəsində məsləhətlər verən iri hüquq firmalarını hədəf seçiblər. Onlar firmaların yüksək səviyyəli hüquqşünaslarının elektron poçt ünvanlarını “sındırmağa” nail olublar. Sövdələşmələr “Intermune”, “Intel” və “Pitney Bowes Inc.” Şirkətləri ilə bağlı olub.
 
Hər üç haker robot texnikası şirkətində çalışırmış. Dekabrın 25-də hakerlərdən biri, 26 yaşlı Yat Hun Honkonqda yaxalanıb. Onun ABŞ-a ekstradisiya olunacağı bildirilir.