ABŞ-da Milad və Yeni il bayramları ilə əlaqədar ticarət mərkəzlərində tətbiq olunan endirimlər kütləvi davalarla müşayiət olunub.
Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.
Ümumilikdə 12 ştatda bu cür davalar qeydə alınıb. Texas ştatında 200 nəfər, Ohayo ştatında 500 nəfərdən çox adam davaya qatılıb.
Bəzi ticarət mərkəzlərində davanın qarşısının alınması üçün xüsusi təyinatlıların müdaxilə etdiyi məlumat verilib.
Xəsarət alan olmasa da, onlarla adam həbs olunub.