XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 17:44

Qərbi Afrikada Ebola virusu 11300-dən çox can alıb- Son 3 ildə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qvineya Səhiyyə Nazirliyi və başqa beynəlxalq tərəfdaşlarla birgə Ebola virusuna qarşı vaksin ilə bağlı araşdırma aparıb.

Azərtac ÜST-ün rəsmi saytına istinadən xəbər verir ki, vaksin ilk dəfə güclü patogenlərdən birinin qarşısını alıb. RVSV-ZEBOV adlanan vaksin 2015-ci ilə qədər Qvineyada 11841 insan üzərində sınanıb. Peyvənddən on gün və daha artıq zaman müddətində 5387 insanda Ebola virusunun əlamətləri qeyd alınmayıb.

Ebola ilk dəfə 1976-cı ildə aşkarlanıb və Afrikada nadir hallarda rast gəlinən xəstəlik idi. Lakin 2013-2016-cı illərdə Qərbi Afrika Ebola epidemiyası 11300-dən çox ölümlə nəticələnib.