XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2016 - 20:51

Xarici investorlar son 12 ildə Türkiyə maliyyə bazarına69 mlrd. dollar yatırıb

Türkiyənin maliyyə bazarına 2005-2016-ci illərdə qeyri-rezidentlər səhm və dövlət istiqrazlarına 69,5 mlrd. ABŞ dolları yatırıb.

"Report"un "Habertürk"ə istinadən verdiyi xəbərə görə, 2016-cı ildəki çevriliş cəhdi, terror hadisələri, kredit reytinqinin azaldılması, "Brexit", ABŞ-dakı prezident seçkiləri və Avropa Parlamentinin Türkiyənin Aİ-yə üzvlüyü məsələsini dondurması kimi problemlərə baxmayaraq, qeyri-rezidentlər 785 mln. dollarlıq səhm və 588 mln. dollarlıq istiqraz olmaqla cəmi 1,373 mlrd. dollarlıq yatırım həyata keçirib.

Son 12 ildə isə xaricilər Türkiyədə 26,847 mlrd. dollarlıq səhm və 42,676 mlrd. dollarlıq istiqraz alıblar.

Nəticədə Türkiyənin əsas fond birjası indeksi BİST-100, 2015-ci ili 71 726 bənddə bitirib, hazırda isə o 77 000 bənd səviyyəsində qərarlaşıb, yəni 7,3% yüksəlib.