Suriyada hökumət və üsyançı qruplaşmalar bu gecədən etibarən bütün ölkə ərazisində atəşkəs elan olunması barədə razılığa gəliblər.
BBC-nin məlumatına görə, razılaşmanı Rusiya Prezidenti Vladimir Putin elan edib. Bununla bağlı məlumat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də təsdiq olunub. Qeyd edilir ki, tərəflər arasında danışıqlarda Türkiyə və Rusiya qarant kimi çıxış edəcək.