ABŞ-ın keçmiş prezidenti Robert Kennedinin nəvəsi polis tərəfindən saxlanılıb.
Axar.az Assoşieyted Press-ə istinadən xəbər verir ki, buna səbəb gəncin Koloradoda yerləşən kurortun barında dava salması olub.
22 yaşlı Con Konor Kennedi asayişi pozmaqda ittiham olunur. Onun məhkəməsi fevralın 22-də baş tutacaq.