XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 21:17

Medvedevdən ABŞ-la yaranmış diplomatik qalmaqala reaksiya:"Təəssüflər olsun ki..."

Medved

Rusiyanın Baş naziri Dmitri Medvedev ABŞ-la yaranmış diplomatik qalmaqala münasibət bildirib.

Baş nazir Tvitter hesabında Obama iqtidarının son günlərini Rusiyaya qarşı aqoniyalarla keçirdiyini deyib:

“Təəssüflər olsun ki, fəaliyyətinə əməkdaşalığı canlandırma ilə başlayan Obama adminstrasiyası onu Rusiyaya qarşı aqoniya ilə başa çatdırır”(Axar.az).

Xatırladaq ki, ABŞ hökuməti Vaşinqton və San-Fransiskoda fəaliyyət göstərən 35 rus diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi 35 ABŞ diplomatının ölkədən çıxarılması üçün Prezident Vladimir Putinə təklif göndərib.