XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 21:56

Rəsmi Moskva BMT-yə qətnamə göndərdi –Suriyadakı atəşkəslə bağlı

silah-suriya

Rəsmi Moskva BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəsə dair qətnamə göndərib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

“Güman edirik ki, qətnamə üzrə səsvermə dekabrın 31-də baş tutacaq”, – deyə V.Çurkin bildirib.

Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında Suriya üzrə qapalı görüşün keçirilməsini təklif etmişdi.

Qeyd edək ki, ötən gün  Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

APA