XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 22:52

Yunanıstan səfirini arvadının sevgilisi qətlə yetirib –Şok təfərrüat (FOTO)

amiridis-yunan

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin qətli ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, itkin düşmüş diplomatın cəsədi üç gündən sonra yanmış avtomobilin salonunda Braziliyanın Nova-İquasu əyalətində aşkar edilib.

Rio-de-Janeyro hərbi polisinin 29 yaşlı əməkdaşı Serjiu Qomes Moreyra Filyu qətldə iştirakını etiraf edib. Buna səbəb isə gənc polisin səfirin arvadı Fransuaza Amiridislə sevgi münasibətləri olub.

Qeyd edək ki, səfir Kiriakos Amiridisin iqamətgahı paytaxt Brazilia şəhərində yerləşsə də, o, yay tətilini keçirmək üçün (cənub yarımkürəsində hazırda yay fəslidir – virtualaz.org) Rioya gəlib.

Qətldə ittiham edilən Serjiu Qomesin və səfirin arvadının həbsi ilə bağlı orderin verilməsi gözlənilir.