XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2016 - 23:19

Putindən gözlənilməz addım –Amerikalı diplomatları Kremlə dəvət etdi

putin-5

Rusiya Prezidenti Vladimir Putin ölkədəki amerikalı diplomatları Kremlə Milad bayramına dəvət edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin qeyd edib ki, Rusiya Vaşinqtonun sanksiyalarına cavab olaraq amerikalı diplomatları ölkədən kənarlaşdırmayacaq:

"Vətənə qayıdan Rusiya diplomatları doğmalarının və yaxınlarının ətrafında yeni il tətilini keçirəcəklər. Biz amerikalı diplomatlar üçün problemlər yaratmayacağıq. Biz heç kəsi göndərməyəcəyik. Biz onların ailələrinə və uşaqlarına bayramlarını keçirmək üçün heç bir qadağa tətbiq etməyəcəyik. Bundan başqa, Rusiyaya təyin edilmiş Amerika diplomatlarını, uşaqlarını Kremlə Yeni il və Milad küknarına dəvət edirəm".

Rusiya tərəfindən adekvat cavab üçün bütün əsasların olduğunu deyən Putin sonrakı addımlarını Donald Tramp administrasiyası ilə atacaqlarını bildirib.

Qeyd edək ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına Rusiyanın Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti də düşüb. Bundan başqa, Vaşinqton Rusiyanın 35 diplomatına Amerikanı tərk etməsi üçün 72 saat vaxt verib.

Axar.az