Rusiyanın Kamçatka bölgəsinin şərq sahillərində 5.2 bal gücündə zəlzələ baş verib.
Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 90 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.