XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2016 - 11:41

ABŞ senatoru Rusiyaya qarşı yeni sanksiyalarınanonsunu verdi

Vaşinqton gələn il üçün Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

Bu barədə Ukraynaya səfərə gələn respublikaçı senator Lindsi Qrem məlumat verib.

“Gələn il yeni sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Bu sanksiyalar təkcə Rusiya Federal Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin Baş Qərargahına yox, Putin və onun yaxın ətrafına da şamil olunacaq».

Senator ümid edir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp yeni sanksiylarla bağlı qanunu imzalayacaq.

Xatırladaq ki, Barak Obama səlahiyyət müddətinin bitməsinə bir neçə həftə qalmış Rusiyaya qarşı yeni sanksiya tətbiq edib, həmçinin 35 rusiyalı diplomatı ölkəsindən qovub(azadliq.info).