İraqın paytaxtı Bağdadın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində baş verən iki partlayış nəticəsində həlak olanların sayı 21-ə çatıb, 40-dan çox insan yaralanıb.
Azərtac Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, terrorçu-kamikadze özünü ticarət mərkəzində avtomobil ehtiyat hissələri satılan dükanın önündə partladıb. Bunun ardınca həmin yerdə qabaqcadan quraşdırılmış digər bomba işə düşüb.