XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2016 - 13:31

Yeni il gecəsi sərxoş sürücülər evlərinə pulsuz aparılacaqlar- Brüsseldə

“Məsuliyyətli gənc sürücülər” Assosiasiyasından olan könüllülər Yeni il gecəsi Brüsseldə onların xidmətindən istifadə etmək istəyən sərxoş sürücüləri evlərinə pulsuz aparacaqlar.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, könüllü sürücüləri çağırmaq üçün əvvəlcədən elan olunmuş telefon nömrəsini yığmaq kifayət edəcək. Pulsuz xidmətdən istifadə etmək istəyənlərin sayı hər il artığından, assosiasiyaya evə getməzdən bir saat qabaq zəng vurmaq tövsiyə olunur. Müştərilərin gecə yarısından səhər saat 06.00-dək evlərinə çatdırılması üçün 200 avtomobil ayrılıb.

Brüssel polisi öz növbəsində xəbərdarlıq edib ki, Yeni il gecəsi sərxoş sürücülərə güzəşt olunmayacaq. Həmçinin şəhərin hakimiyyət orqanları elan ediblər ki, ictimai nəqliyyat da həmin gün səhər saat 6-dək pulsuz işləyəcək.