XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2016 - 21:14

Qiyamçılardan Səudiyyə Ərəbistanına zərbə –1 təyyarə və 1 tankını vurdular

yaman

Yəməndə qiyamçı husilərin “Ansar Alla” Hərəkatı Səudiyyə Ərəbistanının cənubunda bu ölkənin kəşfiyyat təyyarəsini vurduqlarını açıqlayıb.

APA-nın “Saba” agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə Səudiyyə Ərəbistanının Cizan dairəsindəki hərbi bazası yaxınlığında vurulub.

Husilər Səudiyyə Ərəbistanına məxsus tankı vurduqlarını da iddia edirlər.

Yəmən prezidenti Mənsur Hadiyə dəstək verən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hələ husilərin bu bəyanatına münasibət bildirməyib.