İordaniya ordusunun Baş Qərargah rəisi, general Mahmud Fərihat İran və "Haşəd ül-Şaab" əleyhinə açıqlamalar verib.
Strateq.az xəbər verir ki, M.Fərihat "Haşəd ül-Şaab" qüvvələrinin Şimali İraqdakı varlığının narahatlıqverici olduğunu bildirib.
Generalın fikrincə, "Haşəd ül-Şaab"inin Suriya sərhədinə yaxın bölgədə olması və bu sərhədə doğru irəliləməsi İranın qurudan Livana yaxınlaşması mənasını verir.
M.Fərihatın sözlərinə görə, bu məsələ İordaniyanı dərindən narahat edir.
M.Rzasoy