XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2017 - 13:06

Sidneydə Yeni il atəşfəşanlığınıbir milyon insan izləyib

Avstraliyanın Sidney şəhərində təqribən bir milyona yaxın insan körfəz üzərindəki səmanı işıqlandıran və 10 dəqiqə davam edən Yeni il atəşfəşanlığını maraqla izləyib.

Gecə saat 12-dən sonra açılan təqribən 100 min atəş Sidney Opera Teatrının binası üzərindəki səmanı al-əlvan rənglərə boyayıb. Atəşfəşanlıq zamanı fişənglər körfəzdəki gəmilərdə və Harbor körpüsündə yerləşdirilmiş toplardan atılıb.

Tanınmış müğənnilər Prins və Devid Bouini 2016-cı ildə dünyasını dəyişən musiqi xadimlərinə və ifaçılara həsr olunan mahnılar səsləndiriblər(azərtac).