XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

01 Yanvar 2017 - 13:20

BMT-nin yeni baş katibinin mandatıqüvvəyə mindi

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi Antoniu Quterreşin mandatı qüvvəyə minib.

"Report" xəbər verir ki, Portuqaliyanın keçmiş baş naziri və BMT-nin qaçqınlar üzrə ali komissarı bu vəzifəyə keçən il oktyabrın 13-də seçilib və dekabrın 12-də and içib.

Qeyd edək ki, bu vəzifə uğrunda A.Quterreş müxtəlif ölkələrdən olan 9 rəqiblə mübarizə aparıb.

A.Quterreş fəaliyyətinin prioritetləri kimi Suriya və İraqdakı münaqişənin həllini, eləcə də təşkilatda islahatların aparılmasını göstərib.

BMT baş katibi vəzifəsində Antoniu Quterreş koreyalı diplomat Pan Gi Munu əvəz edəcək.