XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2017 - 02:40

BMT-nin yeni baş katibindən dünyaya ilk mesaj:"2017-ci il sülh ili olsun"

qutterish-1

BMT-nin yeni baş katibi seçilmiş Antoniu Qutteriş beynəlxalq təşkilatın rəhbəri kimi, artıq yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.

TASS-ın yaydığı məlumata görə, Antoniu Qutteriş bu ali qurumun rəhbəri kimi ilk çıxışında dünyada sülhün təmin edilməsi və silahlı münaqişələrin qarşısının alınmasının onun üçün prioritet olacağını bildirib. Həmçinin  o, dünya hökumətləri və xalqlarını sülh uğrunda mübarizəyə səsləyib: “Sülh bizim hədəfimiz, yol göstərən ulduzumuz olmalıdır. Mən hamınızı mənimlə birlikdə bu gün və həmişə sülh uğrunda mübarizə aparmaq üçün öhdəlik götürməyə çağırıram. Qoy 2017-ci il sülh ili olsun!”.

Xatırladaq ki, yeni baş katib bu vəzifəni 5 il müddətinə tutmalıdır və 2021-ci ilin 31 dekabrına qədər BMT-nin baş katibi vəzifəsinin səlahiyyətləri onda olacaq.

Onu da bildirək ki, 1949-cu il təvəllüdlü Antoniu Qutteriş 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub. 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrınadəksə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb.