XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2017 - 19:33

NATO baş katibi:“Alyans üzvü olan ölkələrdəki terror aktlarında məhz İŞİD günahkardır”

Jens Stoltenberg

NATO baş katibi Yens Stoltenberq Rusiyanı İŞİD terror təşkilatı ilə müqayisə etməməyə çağırıb.

Strateq.az bildirir ki, bu barədə NATO baş katibi Bild tabloidinə müsahibəsində bəyan edib.

“Bu, tamamilə müxtəlif şeylərdi. Rusiyadan alyansın tərəfdaşlarına qarşı təhlükə gəlmir. Rusiya bizim qonşumuzdur və belə də qalacaq. Odur ki, biz dialoqu saxlamağa çalışırıq və vəziyyəti kəskinləşdirmirik. Mənim rəyimcə, Moskva ilə dialoqu dəstəkləmək vacibdir”.

Stoltenberqin sözlərinə görə, İŞİD-ə gəlincə burada sitasuiya tam tərsinədir: “NATO üzvü olan ölkələrdəki çoxsaylı terror aktlarında məhz İŞİD günahkardır. Nəticədə, bizim 2017-ci ildə də terror təhlükəsi altında yaşamalı olacağıq. Odur ki, bizim məqsədimiz İŞİD- məhv etməkdir”.

NATO baş katibi həmçinin hazırkı şərtlər daxilində NATO-nun Suriyada hərbi əməliyyatların əleyhinə olduqlarını deyib.

Stoltenberq bildirib ki, NATO-nun Bosniyada, Liviyada apardığı hərbi əməliyyatlar BMT-nin mandatı altında olub. Suriya ilə bağlı isə BMT-də vahid rəyə gəlmək mümkün olmur.

“BMT-nin mandatı olmadan hərbi qüvvədən istifadə etmək münaqişənin daha da kəskinləşdirəcək və daha böyük regional münaqişəyə gətirib çıxara bilər”.