“Bəşər Əsədin siyasi gələcəyi Astanada keçiriləcək Suriyaya dair danışıqların predmeti olmalıdır”.
Strateq.az bildirir ki, bu sözləri Almaniya XİN-nin rəsmi nümayəndəsi Martin Şefer bəyan edib: “Astanada Əsədin siyasi taleyi, o cümlədən Suriyada keçid hökümətinin qurulmasında müxalifət qruplarının rolu müzakirə olunmalıdır. Biz hesab edirik ki, Astanada Suriyanın iqtidar və müxalifətinin bir stol arxasında oturması BMT-nin egidası altında reallaşdırılması vacibdir” – deyə Şefer qeyd edib.
Onun sözlərinə görə, bu prosesdə əsas vasitəçi BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura olmalıdır. Bununla yanaşı o etiraf edib ki, hələlik Almaniya XİN-də Astanadakı danışıqların Cenevrdə əvvələr keçirilmiş məsləhətləşmələrlə necə uzlaşdırılacağı barədə təsəvvürü yoxdur.
Şefer qeyd edib ki, Almaniya Suriyada keçid dövründə Əsədin iştirakını mümkün sayır. Lakin o vurğulayıb ki, Berlin Suriyanın gələcəyi üçün Əsədi dövlət başçısı kimi görmür.