XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 03:07

Rusiya səfrinin qatili oktyabrdan onun barəsində məlumat toplayırmış –Qonşusunun kömpüterində izlər aşkarlandı

mert-3

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin istintaqı zamanı məlum olub ki, vəkil O. Serkanın (qatil Mövlud Mert  Altıntaşın sabiq otaq qonşusu – red.) komputeri vasitəsilə hələ 2016-cı ilin oktyabrından rusiyalı diplomata dair məlumatlar toplanırmış.   

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ekspertlər vəkil O. Serkanın komputerini tədqiq edərkən, səfir Karlovla bağlı dəfələrlə sorğuların verildiyini, səfirin əks olunduğu videoların seyr edildiyini müəyyənləşdiriblər.   

Müstəntiqlər hazırda Mövlud Mert  Altıntaşın həmin dövr ərsində kimlərlə təmasda olduğunu araşdırırlar.

Qeyd edək ki, istintaq çərçivəsində 9 nəfər saxlanılıb.