XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 11:10

Filippində 132 məhbushəbsxanadan qaçdı

Filippinin cənubunda silahlılar həbsxanaya hücum ediblər. Nəticədə bir nəfər mühafizəçi həlak olub, 132 məhbus isə qaçıb.

Hadisə Kotabato əyalətində baş verib. Yüzdən artıq silahlı iki saat ərzində həbsxananın mühafizəçiləri ilə atışıb. Mühafizənin rəisi Piter Con Bonqqata bildirib ki, hücum məhbusların azadlığa çıxması üçün təşkil edilib. Onun sözlərinə görə, həbsxanaya hücum “Moro islam azadlıq cəbhəsi” təşkilatından ayrılmış qrupun üzvləri tərəfindən həyata keçirilib. Polis həllik bu barədə məlumatı təsdiqləməyib.

Hazırda həbsxanaya hücum edənlərin və oradan qaçanların tapılması üçün axtarış əməliyyatı aparılır(azərtac).