XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 11:40

Trampın ilk geniş mətbuat konfransınınvaxtı açıqlandı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ilk geniş mətbuat konfransının vaxtı açıqlanıb.

CNN-in məlumatına görə, mətbuat konfransı yanvarın 11-də Nyu-Yorkda keçiriləcək.

Trampın müşaviri Killian Konvey bildirib ki, normativ aktlara nəzarət edən hüquqşünaslar hazır olduqlarını təsdiqləsələr, toplantının tarixi dəyişməyəcək. 

Səlahiyyət müddəti başa çatmaqda olan prezident Barak Obama isə yanvarın 10-da vida çıxışını edəcək(azadliq.info). 

Yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimindən sonra Tramp ilk olaraq əvvəlki prezindent Barak Obamanın imzaladığı bir çox qanunları ləğv edəcək.

Yeni prezident ilk gün bir sıra qanunlar imzalayacaq. Onların bir çoxu köhnə rəhbərliyin son 8 ildə qəbul etdiyi qərarların ləğvini nəzərdə tutacaq.