XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 12:28

BMT:"5 gün ərzində Mosulu 13 min insan tərk edib"

İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların keçirildiyi İraqın Mosul şəhərindən son 5 gün ərzində 13 min nəfər ayrılıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stafan Dyujarrik məlumat verib.

"Gündəlik şəhəri tərk edən insanların axını 50% artaraq 1600-dən 2300 nəfərə çatıb. Döyüşlərlə əlaqədar Mosul və onun ətraf ərazilərindən ümumilikdə 130 min nəfər qaçıb", – S.Dyujarrik bildirib.

O əlavə edib ki, qaçqın axını dekabrın 29-da hərbi əməliyyatların ikinci mərhələsinin başlamasından sonra artıb.

Qeyd edək ki, dekabrın sonlarında İraq hakimiyyəti İraqda İŞİD qruplaşmasına qarşı aparılan əməliyyat zonasını iki ay ərzində 140 min nəfərin tərk etdiyini açıqlayıb.