ABŞ-ın keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Klinton Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə qatılacaqlar.
“Keçmiş prezident və xanımı yanvarın 20-də Vaşinqtonda baş tutacaq 58-ci inauqurasiya mərasimində işğirak edəcəklər», deyə prezident dəftərxanasından verilən rəsmi məlumatda bildirilir.
CNN-in məlumatına görə, mərasimə həmçinin xanımı Lora ilə birgə oğul Buş da gələcək.
Qeyd edək ki, inauqurasiya mərasiminin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq.
Tramp və vitse-prezident Arlinqton məzarlığına gedərək çələng qoyacaq. Bunun ardınca Linkoln memorialının qarşısında konsert proqramı olacaq.
Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər(azadliq.info).