XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 20:52

BMT-nin 2 sülhməramlısıöldürüldü

Mərkəzi Afrika Respublikasında BMT sülhməramlılarına hücum nəticəsində iki hərbçi ölüb, daha iki nəfər yaralanıb.

Azərtac “lemonde.fr” saytına istinadla bildirir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Bria şəhərində baş verib. Silahlı dəstə BMT-nin avtomobil karvanını müşayiət edən sülhməramlılara hücum edib. İki mərakeşli hərbçini öldürən və digər iki nəfəri yaralayan dəstə üzvləri hadisə yerindən qaçmağa nail olublar.

Öldürülən hərbçilər BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə beynəlxalq missiyasının (MİNUSKA) üzvləridir.