XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 10:18

Dövlət Departamenti:“ABŞ səfirliyinin Qüdsə köçürülməsi hərbçilərimizin həyatını təhlükəyə ata bilər”

kirbi

“ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi Yaxın Şərqdəki ABŞ hərbçilərinin həyatını təhlükəyə ata, sülh  prosesinə maneə törədə bilər”.

 Bunu ABŞ Dövlət  Departamentin sözçüsü Con Kirbi deyib. Onun fikrincə, səfirliyin yerinin dəyişdirilməsi yaxşı ideya deyil: “Bu, ümumi danışıqlar prosesinə də müsbət təqsir etməyəcək”.

 Qeyd edək ki, Dövlət Departamenti bu açıqlamanı yeni seçilmiş prezident Donald  Trampın ABŞ səfirliyini Qüdsə köçürəcəyi barədə bəyanatından sonra verib. Artıq  respublikaçı senatorlar səfirliyin köçürülməsi və Qüdsün İsrail paytaxtı kimi tanınmasına dair təklif irəli sürüblər, bununla bağlı qanun layihəsi hazırlayıblar. (APA)