XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2017 - 06:03

İsrail polisi Azərbaycanın dostu olan baş naziri dindirir –İkinci dəfə

netanyahu-1

İsrail polisi korrupsiya işi üzrə ikinci dəfə baş nazir Binyamin Netanyahunu dindirib.  

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, dindirilmə baş nazirin iqamətgahında aparılıb və beş saat davam edib. Bundan başqa polisin bəyanatına istinadən bildirilir ki, baş nazir həmçinin digər iş üzrə də ifadə verib. Həmin iş üzrə şübhəli bilinən ikinci şəxs bundan əvvəl polis tərəfindən dindirilib.  

Xatırladaq ki, Netanyahu bundan əvvəl yanvarın 2-də polisə ilk ifadəsini verib. Dindirilmədən sonra Netanyahu onun barəsində səslənən korrupsiya ittihamlarını rədd edib.

Qeyd edək ki,  Binyamin Netanyahu və onun ailə üzvləri sahibkarlardan yüz minlərlə şekel dəyərində hədiyyələr almaqda ittiham olunurlar. Polis ölkədə və xaricdə olan bir neçə şahidi dindirib.