XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 11:33

Banqladeşdə 20 girovu qətl edən təhlükəli terrorçular zərərsizləşdirilib –Əməliyyat

banqlades-terrorcu

Bu gün Banqladeşin paytaxtı Dəkkədə polis 20 girovun qətlində şübhəli bilinən terrorçunu zərərsizləşdirib.

Strateq.az xəbər verir ki, "Camaat ül-mücahidin Banqladeş" terrorçu təşkilatının komandiri Nurul İslam Maryan ötən ilin yayında Dəkkə kafelərinin birinə hücumdan sonra axtarışda idi.

Paytaxt polisi indiyə qədər 40 terrorçunun izinə düşərək onları məhv edib. Bədəməllər arasında ötənilki qanlı aksiyanın təşəbbüsçüsü olan Tamim Çoudhuri də var.

"Camaat ül-mücahidin Banqladeş" İŞİD-in yerli qolu hesab edilir. Hələ sentyabr ayında polis N.Maryanın arvadını və digər iki terrorçu qadını həbs edib.

Hazırda həmin təşkilatla əlaqəsi olan keçmiş ordu zabiti, istefada olan mayor Seyyid Məhəmməd Ziya ül-Həqqin axtarışları gedir.

M.Rzasoy