XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 12:08

ABŞ-ın Nümayəndələr Palatasından BMT qərarına təpki –Sənəd qəbul edildi

abs

ABŞ-ın Nümayəndələr Palatası BMT-nin Təhlükəsizlik Şurasında İsrail əleyhinə qəbul edilən qətnaməni qınayan qərar qəbul edib.

Strateq.az AFP-yə istinadla xəbər verir ki, qərarda BMT qətnaməsi "İsrail və Fələstin arasında sülhə maneə" kimi dəyərləndirilib.

Sənəd Nümayəndələr Palatasındakı hər iki partiyanın böyük dəstəyi ilə qəbul edilib.

 "ABŞ Administrasiyasının BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymaqdan çəkinməsi ilə BMT-də İsrail əleyhinə hərəkətlərlə bağlı rəsmi Vaşinqtonun mövqeləri zəiflədilir", – deyə qərarda qeyd olunur.

Nümayəndələr Palatasının spikeri Pol Rayan deyib: "Yəhudi dövləti ilə əməkdaşlığımızı bərpa etməyin zamanı yetişib".

M.Rzasoy