XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 12:18

Türkiyənin sabiq baş naziri kürdcə yazdı:"Vətən sənə minnətdardır”

Davudoğlu

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu dünən İzmirdə baş verən terror hücumunda böyük qəhrəmanlıq göstərən polis zabiti ilə bağlı fikirlərini bölüşüb.

Davudoğlu rəsmi Tvitter hesabında “Əziz şəhidim. Məkanın cənnət olsun. Vətən sənə minnətdardır” sözlərini yazıb.

Sabiq baş nazir bu sözlərini kurmanc dilində də (kürd dilinin ən çox danışılan dialekti – red) qeyd edib.

Xatırladaq ki, Fethi Sekin adlı polis terror hücumu zamanı böyük qəhrəmanlıq göstərib. Onun partlayıcı yüklənmiş avtomobillə qətliam həyata keçirməyə çalışan terrorçuların qarşısının alınmasında xüsusi rolu olub.

Terrorçuların təxribatından vaxtında xəbər tutan polis son gülləsinə qədər onlarla atışıb. Qanlı olay zamanı Fethi Sekin şəhid olub.

Axar.az