XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 10:38

ABŞ-da 5 nəfəri öldürən silahlınınşəxsiyyəti müəyyənləşib

Yanvarın 6-da ABŞ-ın Florida ştatındakı Fort Lauderdeyl beynəlxalq hava limanında silahlı hücum törədən şəxsin adı açıqlanıb.

Azərtac CNN telekanalına istinadla xəbər verir ki, Florida ştatının Brovard qraflığının polis rəisi Skot İsrail silahlı hücumu Esteban Santyaqo adlı şəxsin törətdiyini bildirib. Onun psixi problemlərinin olduğu qeyd edilib.

Alyaskadan Floridaya gələn E.Santyaqo cinayəti təyyarənin baqajında gətirdiyi silahla törədib. O, ümumilikdə 13 nəfərə atəş açıb. Onlardan beşi ölüb, səkkiz nəfər isə yaralanıb. Yaralananların müalicəsi xəstəxanalarda davam etdirilir.

E.Santyaqo 2007-ci ildə Puerto-Rikoda Milli Qvardiyanın sıralarına daxil olub. 2009-cu ilin aprelində o, İraqda hərbi xidmətə yollanıb və on ay ərzində bu ölkədə qalıb. Lakin E.Santyaqonun xidməti qənaətbəxş olmadığı üçün o, ordudan kənarlaşdırılıb.

İstintaq zamanı E.Santyaqo bir neçə ay əvvəl İŞİD-ə qoşulması üçün naməlum səslər eşitdiyini bildirib. O, bununla əlaqədar psixoloji müalicə almaq üçün xəstəxanaya müraciət etdiyini də söyləyib.