XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 11:47

Çin hökumətindən yenivergi güzəştləri

Çinin Maliyyə Nazirliyi korporativ borcların azaldılması məqsədilə onların restrukturizasiyasını aparan şirkətlərə veriləcək vergi güzəştləri sistemini təqdim edib.

Bu siyasət müəssisələrə öz itkilərini azaltmağa kömək etməyə, eləcə də korporativ borc vəsaitləri üçün əlverişli şərait yaratmağa xidmət edir.

“Vergiler.az” bildirir ki, Dövlət Şurasının qərarına əsasən, müflisləşmə, birləşmə, udulma və ya ləğv prosesindən keçən şirkətlər vergiləri ödəməyi təxirə sala və ya 5 il müddətində hissələrlə ödəyə bilərlər.

Bundan əlavə, ƏDV əsas vəsaitlərin və torpaq üzərində hüquqların ötürülməsinə tətbiq edilməyəcək. Vergi güzəştləri yalnız müvəqqəti çətinlikləri olan şirkətlərə aid ediləcək, maliyyə ilə bağlı davamlı problemləri olan və sabit gəlir əldə etməyən “zombi şirkətlərə” isə bunun heç bir aidiyyəti olmayacaq.