XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2017 - 11:55

İstanbula yağan güclü qar ciddiproblemlər yaradıb

Yanvarın 6-dan 7-nə keçən gecə İstanbulda yağan güclü qar şəhərdə ciddi problemlər yaradıb.

Qarın qalınlığı bəzi yerlərdə 40 santimetrə çatıb. İctimai nəqliyyatın hərəkətində ciddi problemlər var. İstanbul boğazı gəmilərin keçidinə bağlanıb. Fırtına və çovğun səbəbindən sərnişin və gəzinti gəmilərinin hərəkəti dayandırılıb. Orta və ümumtəhsil məktəblərində iki gün tətil elan olunub. Elektrik və su təchizatında fasilələr yaranıb.

“Türk Hava Yolları” mürəkkəb hava şəraiti ilə əlaqədar olaraq yanvarın 7-i və 8-də İstanbuldakı hava limanlarında nəzərdə tutulan 34 aviareysi ləğv edib(azərtac).