XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 13:27

İngiltərə xəstəxanalarında humanitarböhran var

Britaniya Qızıl Xaç Cəmiyyəti hökumətə İngiltərə xəstəxanalarındakı humanitar böhranla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, bir çox xəstəxanalarda yetərli qədər palata və yataq olmadığından xəstələr evə göndərilir.

Qış aylarında xəstəliklərin və tibbi yardıma ehtiyacı olanların sayının artması da bu böhranı kəskinləşdirib. Məlumatda qeyd edilir ki, 2 nəfər xəstəxana dəhlizində vəfat edib. Britaniya Milli Səhiyyə Xidmətindən verilən məlumatda məsələ ilə bağlı araşdırma aparıldığı, problemlərin tezliklə aradan qaldırılaraq xəstələrin təhlükəsizliyinin təmin ediləcəyi və ehtiyacı olanlara təcili tibbi yardımın göstəriləcəyi bildirilib(azərtac).