XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 14:44

“Samsung” “Galaxy S8”insınaqlarına başlayıb

Cənubi Koreyanın “Samsung” şirkəti yeni qabaqcıl “Galaxy S8” və “Galaxy S8 Plus” smartfon modellərini sınaqdan keçirməyə başlayıb. Qurğuların tam sensorlu idarəetmə ilə təchiz ediləcəyi gözlənilir.

Azərtac “Gate” resursuna istinadən xəbər verir ki, Çində keçirilən sınaqlarda smartfonların yerli bazarla yanaşı, digər ölkələr üçün versiyaları test edilir.

Dekabrın ilk günlərində internet mənbələrində Cənubi Koreya istehsalçısının “Galaxy S8” modelində “Home” fiziki düyməsindən imtina edərək displey şüşəsinin altında yerləşəcək sensor düyməyə üstünlük verməsi barədə məlumat yayılıb. Qurğunun konstruksiyasında nəzərəçarpacaq dəyişikliklərin təkcə “Apple” şirkəti və Çin brendləri ilə aparılan rəqabətlə əlaqədar olmadığı bildirilir. Bazar icmalçılarının fikrincə, “Galaxy 8” modeli “Galaxy Note 7” smartfonunun uğursuzluğundan sonra əsas populyar qurğu olmaqla şirkət pərəstişkarlarının ümidlərini doğruldacaq.

Məlumata görə, “Samsung” fiziki naviqasiya klavişlərindən tam imtina edərək bütün üst tərəfi ekran üçün istifadə edəcək. Aparatın ön tərəfində yerləşən barmaq izi skaneri də ləğv edilə bilər. Biometrik identifikasiyanın necə quraşdırılacağı barədə məlumat verilmir.