XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2017 - 15:35

Moskvada inzibati binada yanğın:3 ölü

Moskvada inzibati binada baş vermiş yanğından sonra hadisə yerinin ərazisinin təmizlənməsi zamanı daha iki nəfərin meyiti tapılıb.

Ternd-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi şəhərin Fövqəladə Hallar Xidmətinə istinadən məlumat verib.

Bildirilir ki, bundan əvvəl isə hadisə yerində daha bir nəfərin meyiti tapılb. Agentliyin məlumatına görə, hazırda yanğının baş verdiyi ərazidə aidiyyəti strukturların əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, yanğın bu gün səhər saat 6:10-da Moskva şəhəri, Yaroslav küçəsində yerləşən 2 mərtəbəli inzibati binada baş verib.