XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 17:44

Kot-Divuardahərbi qiyam

Yanvarın 7-də səhər saatlarından etibarən Kot-Divuarın ən böyük ikinci şəhəri olan Buakedə atışma və partlayış səsləri eşidilir.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, yanvarın 6-da burada əməkhaqlarının qaldırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən ehtiyata buraxılmış əsgərlərin üsyanı başlayıb. Etirazçılar silah anbarlarını ələ keçirib, həmçinin Burkina-Faso və Malidən yüklərin gətirilməsi üçün istifadə olunan əsas yolları nəzarətə götürüb. Şəhər demək olar ki, qiyamçıların nəzarəti altındadır.

DAloa və Korhoqo şəhərlərindəki hərbçilər də qiyama qoşulub. Onlar şəhərlərin küçələrinə çıxıb, təhlükəsizlik qüvvələrinin qulluqçuları isə öz postlarını tərk ediblər. Abican şəhərində yerləşən hərbi qərargahdan verilən məlumata əsasən, Buake şəhərindəki hərbçilərə kömək göndərilib.