XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 13:21

Səudiyyə Ərəbistanı Yəmən sərhədinə ağır texnika yeridir

İranın dəstəklədiyi şiə husilər Yəməni ələ keçirmək üzrədir

Səudiyyə Ərəbistanı Yəmən sərhədinə ağır texnika, o cümlədən artilleriya yeridir.

Xarici KİV yazır ki, beləliklə, neft ölkəsinin Ərəbistan yarımadasında alovlanan münaqişəyə cəlb edilməsi riski artır. Silahların gətirilməsinə İranın dəstəklədiyi husi şiə təriqətinin irəliləməsi səbəb olub.

Husilər bu günlərdə Yəmənin üçüncü böyük şəhərini də ələ keçirdiblər və xatırladaq ki, prezident Əbd Rabb Mansur Hadi bu gün ölkədən qaçıb.