XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2017 - 03:02

Tramp ABŞ milli kəşfiyyatının yeni rəhbərini seçib –Deniel Kouts

trampp5

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ milli kəşfiyyatının rəhbəri postuna rəsmi olaraq İndiana ştatının sabiq senatoru Deniel (“Den”) Koutsu seçib.

Bu barədə Trampın keçid komandasının saytında bildirilir.  

Kouts qərara görə Trampa təşəkkür edərək, Amerikanın təhlükəsizliyinin qorunmasının onun üçün ən böyük prioritet olduğunu qeyd edib. O, bunun üçün sərəncamında olan bütün imkanlardan istifadə edəcəyini vəd edib.  

Qeyd edək ki, 73 yaşlı Kouts 10 il ərzində İndiana ştatının senatoru vəzifəsində çalışıb və Senatın kəşfiyyat üzrə komitəsinin üzvü olub. Kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri vəzifəsində çalışıb.   (APA)