XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2017 - 23:21

İŞİD-çilər maaşsız qalıb –Mosulda terrorçular qida çatışmazlığı da yaşayırlar

isid-mosul

Mosulda İraq ordusu ilə ağır döyüşlər aparan İŞİD-çilər maaşsız qalıblar.

Strateq.az xəbər verir ki, bu haqda məlumat yayan "The Daily Telegraph" qəzetinin bildirdiyinə görə, 350 dollar aylıq məvacib alan terrorçuların bu durumu "İslam Dövləti"nin ciddi büdcə problemi ilə bağlıdır.

"The Daily Telegraph" yazır ki, İŞİD-in İraq və Suriyadakı neft infrastrukturuna təşkil edilən hava hücumları və "İslam Dövləti"nin bir neçə cəbhədə döyüşmək məcburiyyətində qalması onun maliyyə təməlini dağıdıb. İraq ordusunun mühasirəsində olan Mosulda terrorçular qida çətinliyi ilə də üzləşiblər.

M.Rzasoy