Polşada sabiq prezident Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, 43 yaşlı Pşemıslav Valensanın meyitinin üzərində zorakılıq əlamətlərinin görünmədiyi bildirilir. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
Polşanın sabiq prezidenti Lex Valensanın 4 oğlu və 4 qızı var. Evində ölü tapılan Pşemıslav Valensa dəfələrlə yol-nəqliyyat hadisələrinin iştirakçısı olub. 1995-ci ildə o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 1 il və 9 ay, 2003-cü ildə isə 1 il müddətinə şərti olaraq azadlıqdan mərhum edilib.